×
A
A
A
Sazlamalar

ÜST: Koronavirus nəticəsində dünyada ölüm halları dörd həftə ərzində 65 faiz artıb

Bakı, 2 fevral, AZƏRTAC

Yanvarın 2-dən 29-dək olan müddətdə təqribən 20 milyon insan koronavirusa yoluxub, 114 mindən çoxu bu xəstəliyin qurbanına çevrilib. Ölüm hallarının sayı əvvəlki 28 gün ilə müqayisədə 65 faiz artıb, yoluxmaların sayında isə 78 faiz azalma müşahidə olunub.
AZƏRTAC bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) epidemioloji bülleteninə istinadla xəbər verir.
ÜST-nin bülleteninə müvafiq olaraq, dörd həftə ərzində 19 955 978 yoluxma, 114 372 ölüm halı qeydə alınıb.
28 gün ərzində ən çox yoluxma Çində aşkarlanıb - 11 354 058. Bu göstərici üzrə siyahıda sonrakı yerləri Yaponiya (3 207 097), ABŞ (1 513 538), Koreya Respublikası (1 032 801) və Braziliya (459 986) tutur. Yanvarın 2-dən 29-dək olan dövrdə koronavirus nəticəsində ölənlərin sayı ən çox Çində (62 759) qeydə alınıb. Sonrakı yerlərdə ABŞ (14 625), Yaponiya (10 122), Böyük Britaniya (3 137) və Braziliyadır (2 889).
Fevralın 1-nə olan vəziyyətə görə pandemiya başlanandan bəri ÜST-yə yoluxma barədə 753 651 712, ölüm halları barədə isə 6 813 845 məlumat daxil olub.

 

Səhiyyə 2023-02-02 10:34:00