İspaniya La Liqası: “Barselona” çətin “Betis” səfərindən qələbə ilə dönüb
Bakı, 2 fevral, AZƏRTAC
Fevralın 1-də futbol üzrə İspaniya çempionatının 19-cu turunun bir oyunu keçirilib.
AZƏRTAC xəbər verir ki, turnir cədvəlinin lideri “Barselona” səfərdə “Betis”lə qarşılaşıb.
Görüş qonaqların 2:1 hesablı qələbəsi ilə başa çatıb. Oyunda bütün qolları kataloniyalılar vurublar. Matçın 65-ci dəqiqəsində Rafinya hesabı açıb. 80-ci dəqiqədə Levandovski fərqi iki topa çatdırıb – 0:2. Sona beş dəqiqə qalmış isə “Barselona”nın müdafiəçisi Jül Kunde avtoqola imza atıb – 1:2.
Beləliklə, çempionatda növbəti qələbəsini qazanan Xavinin yetirmələri bir oyun çox keçirməklə “Real Madrid”lə xal fərqini 8-ə yüksəldiblər.
Qeyd edək ki, “Real Madrid” növbəti tur öz meydanında “Valensiya” ilə qarşılaşacaq.
Azərbaycan Milli Paralimpiya Komitəsi ilə “Paris-2024” Təşkilat Komitəsi arasında görüş keçirilib
Basketbol üzrə Azərbaycan kuboku yarışlarının qrup oyunlarına start verilib
Bakıda keçiriləcək dünya kuboku yarışlarında 46 ölkədən bədii gimnastlar iştirak edəcəklər
“Qəbələ”nin futbolçusu Ruan Renato Premyer Liqada yubiley oyununu keçirib