İtaliyanın ətraf mühit və enerji təhlükəsizliyi naziri Azərbaycana səfər edəcək
Roma, 2 fevral, AZƏRTAC
İtaliyanın ətraf mühit və enerji təhlükəsizliyi naziri Gilberto Piçetto Fratin Azərbaycana səfər edəcək.
AZƏRTAC xəbər verir ki, italiyalı nazirin Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin toplantısında iştirakı nəzərdə tutulur.
Qeyd edək ki, fevralın 3-də Bakıda Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 9-cu toplantısı keçiriləcək. Müxtəlif ölkələrin nazirlərinin, beynəlxalq enerji şirkətlərinin nümayəndələrinin və digər rəsmilərin iştirakı edəcəyi toplantıda Cənub Qaz Dəhlizinin genişləndirilməsi perspektivləri müzakirə olunacaq.
İxrac edilən xam neft və neft məhsullarının dəyəri 3,2 milyard dollardır
Azərbaycan nefti 2,51 dollar ucuzlaşıb
Yanvar-fevral aylarında 43,6 min ton neft koksu ixrac olunub
İxrac edilən neft məhsullarının həcmi artıb
Qazaxıstan neftinin növbəti partiyasını çatdıracaq “Şuşa” tankeri martın 27-də Aktaudan yola çıxacaq