Güləşçimiz Əliabbas Rzazadə "Zaqreb Open" turnirində qızıl medal qazanıb
Bakı, 1 fevral, AZƏRTAC
Sərbəst güləşçimiz Əliabbas Rzazadə Xorvatiyada keçirilən "Zaqreb Open" turnirində birinci olub.
AZƏRTAC xəbər verir ki, turnirdə 57 kiloqram çəki dərəcəsində mübarizə aparan Ə.Rzazadə ardıcıl olaraq çinli Vanhao Zou, komanda yoldaşı İslam Bazarqanov və gürcüstanlı Beka Bujiaşviliyə qalib gəlib. Finalda yaponiyalı Yuto Nişuçi üzərində qələbəyə sevinən təmsilçimiz fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.
Qeyd edək ki, "Zaqreb Open"nə fevralın 5-də yekun vurulacaq.
Azərbaycan Milli Paralimpiya Komitəsi ilə “Paris-2024” Təşkilat Komitəsi arasında görüş keçirilib
Basketbol üzrə Azərbaycan kuboku yarışlarının qrup oyunlarına start verilib
Bakıda keçiriləcək dünya kuboku yarışlarında 46 ölkədən bədii gimnastlar iştirak edəcəklər
“Qəbələ”nin futbolçusu Ruan Renato Premyer Liqada yubiley oyununu keçirib