×
A
A
A
Sazlamalar

Ukrayna və Avstriya prezidentləri enerji və humanitar məsələləri müzakirə ediblər

Kiyev, 1 fevral, AZƏRTAC

Ukrayna Prezidenti Volodimir Zelenski avstriyalı həmkarı Aleksander Van der Bellen ilə görüşüb. Görüşdə əsas müzakirə mövzusu iki ölkə arasında humanitar əməkdaşlıq olub.
AZƏRTAC xəbər verir ki, bu barədə Zelenskinin teleqram səhifəsində bildirilib.
"Bu gün biz enerji, iqtisadiyyat, humanitar əməkdaşlığımız, Ukrayna icmalarının inkişafı məsələlərini - müharibə zamanı normal həyatı qoruyub saxlamağa və bərpa etməyə kömək edən bütün məsələləri ətraflı müzakirə etdik", - deyə Ukrayna Prezidenti vurğulayıb.
Qeyd edək ki, ikinci müddətə Avstriyanın Federal Prezidenti seçilmiş Aleksander Van der Bellen andiçmə mərasimindən sonra ilk səfərini Kiyevə edib. Onu bu səfərdə iqtisadiyyat naziri Martin Koxer və ekologiya naziri Leonore Qevessler müşayiət edirlər.
Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev

Dünya 2023-02-01 18:48:00