Xəbərdarlıq: Ölkə ərazisində hava şəraiti qeyri-sabit keçəcək
Bakı, 1 fevral, AZƏRTAC
Fevralın 2-si axşamdan 3-ü günün ikinci yarısınadək Bakıda və Abşeron yarımadasında şimal-qərb küləyinin sürətinin saniyədə 15-18 metr olacağı, arabir 20-23 metrədək güclənəcəyi, arabir yağıntılı olacağı gözlənilir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən AZƏRTAC-a verilən məlumata görə, fevralın 2-si qərb rayonlarından başlayaraq 3-ü axşamadək ölkə ərazisində hava şəraitinin qeyri-sabit keçəcəyi, arabir yağıntılı olacağı, dağlıq və dağətəyi rayonlarda qar yağacağı, ayrı-ayrı yerlərdə intensiv olacağı proqnozlaşdırılır. Qərb küləyi əsəcək, bəzi yerlərdə arabir güclənəcək. Dağlıq və dağətəyi rayonlarda yollar buz bağlayacaq.
Hava proqnozu: paytaxtda 19, bölgələrdə 22 dərəcə isti olacaq
Ağcabədi Regional Meşə Təsərrüfatı Mərkəzi "Dostluq Meşəsi"ndə 63 mindən çox ağac əkib
Bu il Şabran Regional Meşə Təsərrüfatı Mərkəzi tərəfindən 33 min ağac əkiləcək
Ekspertlər: İstixana qazları tullantılarını azaltmağın bir sıra səmərəli üsulları mövcuddur