×
A
A
A
Sazlamalar

Mərkəzi Bankın valyuta ehtiyatları 9 milyardı ötüb

Bakı, 1 fevral, AZƏRTAC

Azərbaycan Mərkəzi Bankının (AMB) sərəncamında olan rəsmi valyuta ehtiyatlarının həcmi açıqlanıb.
AZƏRTAC AMB-yə istinadla xəbər verir ki, bu il fevralın 1-nə Azərbaycan Mərkəzi Bankının (AMB) valyuta ehtiyatları 9 milyard 61,4 milyon ABŞ dolları təşkil edib. Bu, ötən ayın eyni dövrü ilə müqayisədə 65,7 milyon dollar çoxdur.

Maliyyə 2023-02-01 17:26:00