Narkotik vasitənin təsiri altında avtomobil idarə edən şəxs cərimə olunub
Bakı,1 fevral, AZƏRTAC
Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) Ekoloji Nəzarət Bölüyünün əməkdaşlarının həyata keçirdikləri tədbirlər nəticəsində narkotik vasitənin təsiri altında avtomobil idarə edən sürücünün qanunazidd hərəkətlərinin qarşısı alınıb.
Bu barədə BDYPİ–nin mətbuat xidmətindən AZƏRTAC-a məlumat verilib. Bildirilib ki, Qabil Əliyevin idarə etdiyi “Mercedes” markalı, 99-GG-372 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi stasionar postda Yol Patrul Xidməti əməkdaşları tərəfindən saxlanılıb.
Sənədlərin yoxlanılması zamanı sürücünün hərəkətləri şübhə doğurduğundan onun tibbi müayinədən keçməsi təmin olunub. Müayinə zamanı Qabil Əliyevin narkotik maddə qəbul etməsi müəyyənləşdirilib.
Onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə əsasən inzibati protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilib.
Qaradağda qətlə yetirilən kişinin ölüm səbəbi açıqlanıb
Pulemyot satmaq istəyən şəxs həbs olunub
Ələtdə qətl törədən şəxs tutulub
Ələtdə evdə üzərində zorakılıq əlamətləri olan meyit aşkarlanıb - YENİLƏNİB