Depozitlərin faiz gəlirlərinin vergiyə cəlb olunması əhalini alternativ yatırım imkanlarına yönəlməyə təşviq edəcək
Bakı, 1 fevral, AZƏRTAC
Fevralın 1-dən bank depozitlərinin faiz gəlirlərinin 10 faizi vergiyə cəlb olunmağa başlayır. Bu isə əhalinin banklardan öz vəsaitlərinin bir qisminin geri çəkilməsi və alternativ yatırım alətlərinin axtarılmasına səbəb olacaq. Azərbaycanda bank depoziti qədər güvənli və gəlirli maliyyə aləti məhz Maliyyə Nazirliyinin dövlət istiqrazları hesab edilir.
“AzFinance” investisiya şirkətinin direktor müavini Pərvanə Qasımova AZƏRTAC-a bildirib ki, bank depozitlərinin faiz gəlirlərinin vergiyə cəlb olunması əhalini alternativ yatırım imkanlarına yönəlməyə təşviq edəcək. Azərbaycanda bank depozitinə alternativ maliyyə aləti hesab edilən istiqrazlar dövlətin dəstəyi ilə inkişaf edir. Hazırda bazarda dövlət istiqrazları bank depozitlərindən daha sərfəli və güvənli hesab olunur. Həmçinin burada gəlirlər vergidən 5 il müddətinə azad edilib. Vergilər Məcəlləsinə edilən dəyişikliyə əsasən, 2023-cü il fevralın 1-dən etibarən kütləvi təklif edilmiş və tənzimlənən bazarda ticarətə buraxılmış səhmlər və istiqrazlar üzrə ödənilən dividend, diskont (istiqrazların nominalından aşağı yerləşdirilməsi nəticəsində yaranmış fərq) və faiz gəlirləri 5 il müddətinə gəlir vergisindən azad olunub.
“Bu, o deməkdir ki, istiqrazlardan əldə edilən gəlirlər vergidən azaddır. Məlum olduğu kimi, vergi siyasəti vaxtaşırı fərqli sahələri stimullaşdırmaqla ayrı-ayrı şəxslərin iqtisadiyyatın müxtəlif sahələrinə diqqətini cəlb edir”, - deyə o vurğulayıb.
İpoteka və Kredit Zəmanəti Fondunun istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcək
FED-dən yeni artım qərarı: manatı nə gözləyir?
Dövlət xətti ilə 3 min 287 kirayə mənzil verilib
İpoteka və Kredit Zəmanət Fondunun xətti ilə 43 min 295 ipoteka krediti verilib
Korporativ Sosial Məsuliyyət “PAŞA Holding”in strategiyasının mərkəzində qalmaqdadır