×
A
A
A
Sazlamalar

Bakıda qadına qarşı soyğunçuluq edilib

Bakı,1 fevral, AZƏRTAC

Xətai rayonunda qadına qarşı soyğunçuluq edən şəxs saxlanılıb.
Daxili İşlər Nazirliyindən AZƏRTAC-a bildirilib ki, zərərçəkən yaşadığı evə gedən zaman naməlum şəxs ona yaxınlaşaraq zor tətbiq etməklə qadının dəyəri 300 manat olan mobil telefonunu ələ keçirib.
Həmin cinayəti törətməkdə şübhəli bilinən Sahil Əliyev rayon polis idarəsinin əməkdaşlarının keçirdikləri əməliyyat nəticəsində saxlanılıb.
O, izahatında törətdiyi əməli etiraf edib.
Faktla bağlı toplanan materiallar Xətai Rayon Polis İdarəsinin istintaq şöbəsinə göndərilib.
Sahil Əliyev barəsində cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

Hadisə 2023-02-01 16:36:00