×
A
A
A
Sazlamalar

BP və KOBİA arasında yerli bizneslərə dəstək sahəsində əməkdaşlıq müzakirə edilib

Bakı, 1 fevral, AZƏRTAC

Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov və BP-nin Xəzər regionunda kommunikasiya və xarici əlaqələr üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli arasında görüş keçirilib.
KOBİA-dan AZƏRTAC-a bildirilib ki, görüşdə yerli bizneslərin inkişafına dəstək sahəsində əməkdaşlıq, bu istiqamətdə KOBİA ilə birgə layihələrin icrası imkanları və sosial sahibkarlıq təşəbbüslərinə dair fikir mübadiləsi aparılıb.

İqtisadiyyat 2023-02-01 15:14:00