Ötən il qeyri-neft məhsulları sırasında ən çox karbamid ixrac olunub
Bakı, 1 fevral, AZƏRTAC
Azərbaycanda ötən il ixrac edilən qeyri-neft məhsulları siyahısında karbamid birinci olub.
AZƏRTAC İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac icmalı”nın yanvar sayına istinadla bildirir ki, 2022-ci ildə ixrac edilən qeyri-neft sektoruna aid malların siyahısında karbamid (209,7 milyon ABŞ dolları) birinci olub. Bu siyahıda qızıl (185,2 milyon dollar) ikinci, pambıq mahlıcı (173,5 milyon dollar) isə üçüncü yerdə qərarlaşıb.
İki ayda 10 min ton şəkər tozu ixrac olunub
Pambıq lifi və ipliyinin ixracı azalıb
Bitki və heyvan mənşəli piylər və yağların idxalı azalıb
Qara metallar və onlardan hazırlanan məmulatların ixracı artıb