×
A
A
A
Sazlamalar

Mərkəzi Bankın baş direktoru: Aqrar sığorta sisteminin təkmilləşdirilməsi ilə bağlı təkliflərimizi təqdim etmişik

Bakı, 1 fevral, AZƏRTAC

Bu il aqrar sahə üzrə bank sektorunun aktivləri 22,3 faiz artaraq 47 milyard manata çatıb.
AZƏRTAC xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının baş direktoru Toğrul Əliyev Kənd Təsərrüfatı Nazirliyinin təşkilatçılığı ilə Bakıda keçirilən II Aqrobiznes Forumunda deyib.
T.Əliyev qeyd edib ki, aqrar sahənin maliyyələşməsinə xüsusi diqqət yetirilir. Kənd Təsərrüfatı Nazirliyi ilə Mərkəzi Bank arasında qurulmuş əməkdaşlıq çərçivəsində istər aqrar sahənin kənd təsərrüfatı subyektlərinin kreditləşməsi, istərsə də aqrar sığorta mexanizminin təkmilləşdirilməsi ilə bağlı aktiv dialoqlar həyata keçirilir və bir sıra sənədlər üzərində iş aparılır.
“Həmçinin Mərkəzi Bank aqrar sığorta sisteminin təkmilləşdirilməsi ilə bağlı təkliflərini hazırlayaraq Aqrar Sığorta Fonduna və Kənd Təsərrüfatı Nazirliyinə təqdim edib”, - deyə o bildirib.

İqtisadiyyat 2023-02-01 13:19:00