×
A
A
A
Sazlamalar

Bu il Sumqayıt Kimya Sənaye Parkında fəaliyyətə başlayacaq 4 müəssisə üzrə 600-dən çox daimi iş yeri yaradılacaq

Sumqayıt, 1 fevral, AZƏRTAC

Bu il Sumqayıt Kimya Sənaye Parkında 4 müəssisənin (Çin kapitallı “Azərbaycan Vanhong Ceramics Co.” MMC-nin Keramik plitələrin istehsalı müəssisəsi, “AK Pack” MMC-nin Mat və parlaq ambalaj istehsalı müəssisəsi, "Novus Plastica" MMC-nin Polimer məhsullarının emalı müəssisəsi, “UPI - Universal Packing İndustry” QSC-nin Qablaşdırma məhsullarının (qofro karton, zərf, fayl və s.) istehsalı müəssisəsi) istehsal fəaliyyətinə başlaması planlaşdırılır.
AZƏRTAC xəbər verir ki, bunu İqtisadi Zonaların İnkişafı Agentliyinin (İZİA) 2022-ci il üzrə fəaliyyətinin yekunlarına dair mətbuat konfransında Agentliyin İdarə Heyətinin sədri Elşad Nuriyev deyib.
O bildirib ki, ümumi investisiya həcmi 90 milyon manatdan çox olan bu müəssisələrdə 600-dən artıq daimi iş yerinin yaradılması nəzərdə tutulur.

Regionlar 2023-02-01 13:06:38