×
A
A
A
Sazlamalar

Sənaye zonaları üzrə ixrac həcmi ötən il 13 faiz artıb

Sumqayıt, 1 fevral, AZƏRTAC

Ötən il sənaye zonalarının rezidentləri tərəfindən ümumilikdə 2,9 milyard manat dəyərində məhsul satışı həyata keçirilib ki, bunun da 1,1 milyard manatı ixracın payına düşür.
AZƏRTAC xəbər verir ki, bunu İqtisadi Zonaların İnkişafı Agentliyinin (İZİA) 2022-ci il üzrə fəaliyyətinin yekunlarına dair mətbuat konfransında Agentliyin İdarə Heyətinin sədri Elşad Nuriyev deyib.
“2021-ci illə müqayisədə ötən il satış 22,7 faiz, ixrac isə 13 faiz artıb. Ötən il sənaye zonalarının qeyri-neft sənayesi məhsulları istehsalında xüsusi çəkisi 16,7 faiz, ixracında isə 29,5 faiz olub”, - deyə o bildirib.

 

Regionlar 2023-02-01 13:02:38