Orxan Məmmədov: “Ağıllı kəndlər”də icma əsaslı kənd təsərrüfatının inkişaf etdirilməsi prioritetlərdən biridir
Bakı, 1 fevral, AZƏRTAC
Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf strategiyasında aqrar sənaye sahələrində müasir texnologiyalarla məhsuldarlığın artırılacağı, həmçinin yeni iş yerlərinin yaradılacağı qeyd olunub. Əhalinin ərzaq təminatının yaxşılaşdırılması və ərzaq təhlükəsizliyinin təmin edilməsi məsələsi də aktualdır. Bu da öz növbəsində kənd təsərrüfatı məhsullarının istehsal həcminin və keyfiyyət səviyyəsinin yeni mərhələyə keçməsini tələb edir. Bu baxımdan azad edilmiş ərazilərdə yaradılan “Ağıllı kəndlər”də yeni “ağıllı” icma əsaslı kənd təsərrüfatının inkişaf etdirilməsi prioritetlərdən biridir.
AZƏRTAC xəbər verir ki, bunu İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov Bakıda keçirilən II Aqrobiznes Forumunda çıxışı zamanı deyib.
Orxan Məmmədov bildirib ki, KOBİA kənd yerlərində yaşayan gənc fermerlərə dəstək üçün Aqrar Kredit və İnkişaf Agentliyi ilə də əməkdaşlıq edir: “KOBİA bir sıra başqa sahələrdə də KOB-lara dəstək verir. Bura yerli bazarın araşdırılması, startap şəhadətnaməsinin verilməsi, KOB-lara dəstək göstərilməsi və başqa bu kimi tədbirlər daxildir".
SOCAR-ın Türkmənistandakı nümayəndəliyinin açılışı olub
SOCAR Özbəkistanda kimyəvi maddələrin və qazma mayelərinin istehsalını həyata keçirəcək
Əhməd Rəcəbli küçəsi ilə Ziya Bünyadov prospektinin kəsişməsində avtobusların hərəkəti dəyişdirilib
Azərbaycan Türkiyənin TDT ölkələrinə olan ixracatında ən çox pay sahibidir
Türkmənistan və Azərbaycan ikitərəfli əməkdaşlığın dərinləşdirilməsini müzakirə edib