AZAL Vyanaya uçuşlar yerinə yetirməyə başlayır
Bakı, 1 fevral, AZƏRTAC
Azərbaycanın milli aviadaşıyıcısı (AZAL) Avropa istiqamətləri üzrə uçuşları artırmaqda davam edir və mayın 2-dən etibarən yeni Bakı-Vyana-Bakı marşrutuna start verir.
Bu barədə AZƏRTAC-a “Azərbaycan Hava Yolları” QSC-nin mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, bu marşrut üzrə uçuşlar həftədə iki dəfə - çərşənbə axşamı və cümə günü yerinə yetiriləcək.
Avstriyanın paytaxtı Vyana yüksək turist cəlbediciliyinə malik bir şəhərdir və Avropanın mədəni, tarixi mərkəzi hesab olunur.
Uçuş cədvəli ilə daha ətraflı aviaşirkətin rəsmi azal.az saytında tanış ola bilərsiniz. Biletləri, həmçinin AZAL mobil tətbiqi vasitəsilə əldə etmək mümkündür.
İyunda Astanadan Bakıya birbaşa uçuşlar həyata keçiriləcək
"Süleyman Vəzirov” gəmisi “LAM and ZHDANOV” neft yatağındakı borudüzmə işlərinə cəlb olunub
Cari ilin iki ayında hava nəqliyyatı ilə 332,6 min sərnişin daşınıb
Bakı-Ağstafa-Bakı marşrutu üzrə ilk sürətli sərnişin qatarı yola düşüb