×
A
A
A
Sazlamalar

İtkin düşən 53 yaşlı şəxs axtarılır

Bakı, 1 fevral, Elxan Yusifli, AZƏRTAC

Qusar rayonu ərazisində yaşayan 53 yaşlı Feyruz Muradov ötən il dekabrın 31-də yaşadığı ünvandan çıxıb Bakı şəhərinə işləmək adı ilə gedərək bir daha geri qayıtmayıb.
Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Quba regional qrupundan AZƏRTAC-a bildirilib.
Həmin şəxsi görənlərdən və barəsində məlumatı olanlardan DİN-in "102 - Zəng Mərkəzi”nə, həmçinin Qusar Rayon Polis Şöbəsinə (023) 385 22 22 şəhər və (070) 743 33 37 mobil nömrələrinə zəng vuraraq məlumat vermələri xahiş olunur.

 

Regionlar 2023-02-01 09:35:00