×
A
A
A
Sazlamalar

Füzuli rayonunun Çimən kəndi FOTO

Bakı, 1 fevral, AZƏRTAC

Füzuli rayonunun Çimən kəndi Cuvarlı inzibati ərazi vahidində, dağətəyi ərazidə yerləşir. Əhalinin əsas məşğuliyyəti əkinçilik və heyvandarlıq olub.
Kənd 1993-cü ildə Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmişdi. Erməni vandalları işğal dövründə kəndi viran qoyaraq xarabalığa çeviriblər.
Vətən müharibəsində düşmənə sarsıdıcı zərbə vuran rəşadətli Azərbaycan Ordusu 2020-ci il oktyabrın 17-də kəndi işğaldan azad edib.
AZƏRTAC işğal dövründə erməni vandalizminə məruz qalmış Çimən kəndinin görüntülərini təqdim edir.

 

Regionlar 2023-02-01 10:00:00