×
A
A
A
Sazlamalar

"Nyukasl" klubu heyətinə yeni futbolçu cəlb edib

Bakı, 1 fevral, AZƏRTAC

İngiltərənin "Nyukasl" futbol klubu heyətinə yeni oyunçu cəlb edib.
AZƏRTAC klubun rəsmi saytına istinadən xəbər verir ki, komanda "Vest Hem"dən Harrison Eşbi transfer edib.
Sözləşmənin müddəti açıqlanmasa da, uzunmüddətli olduğu bildirilib.
Qeyd edək ki, İngiltərənin U-21 millisinin üzvü "Vest Hem"in öz yetirməsidir.

 

İdman 2023-02-01 03:46:00