Cüdoçumuz Kəramət Hüseynov Parisdə “Böyük dəbilqə” turnirində iştirak etməyəcək
Bakı, 1 fevral, AZƏRTAC
Fevralın 4-5-də Parisdə keçiriləcək cüdo üzrə “Böyük dəbilqə” turnirində yarışacaq millimizin heyətində dəyişiklik olub.
AZƏRTAC Azərbaycan Cüdo Federasiyasına istinadla xəbər verir ki, turnirdə 60 kiloqram çəki dərəcəsində çıxış etməli olan Kəramət Hüseynov zədələndiyi üçün millinin baş həkiminin təqdimatı, performans direktorun və məşqçilər heyətinin qərarı ilə yarışda iştirak etməyəcək.
K.Hüseynovun müalicəsinə dərhal başlanılıb və ən qısa zamanda sağalıb tatamiyə geri dönməsi üçün bütün lazımi tədbirlər görülür.
Azərbaycan Milli Paralimpiya Komitəsi ilə “Paris-2024” Təşkilat Komitəsi arasında görüş keçirilib
Basketbol üzrə Azərbaycan kuboku yarışlarının qrup oyunlarına start verilib
Bakıda keçiriləcək dünya kuboku yarışlarında 46 ölkədən bədii gimnastlar iştirak edəcəklər
“Qəbələ”nin futbolçusu Ruan Renato Premyer Liqada yubiley oyununu keçirib