Slovakiyada keçiriləcək növbədənkənar parlament seçkilərinin vaxtı məlum olub
Bratislava, 1 fevral, AZƏRTAC
Slovakiya Parlamenti ölkədə növbədənkənar parlament seçkilərinin sentyabrın 30-da keçirilməsinə dair qərar qəbul edib.
AZƏRTAC xəbər verir ki, seçki günü koalisiyalı hökuməti təşkil edən üç partiya ilə müxalifətdəki liberallar arasında razılaşdırılıb. Digər müxalifət partiyaları isə növbədənkənar seçkilərin daha erkən tarixə təyin edilməsinə tərəfdar olublar. Onlar seçkilərin gec tarixdə baş tutmasının ölkədəki siyasi durğunluğu və böhranı daha da uzadacağı qənaətindədirlər.
Slovakiya Konstitusiyasında aparılan müvafiq dəyişiklik nəticəsində növbədənkənar seçkilərin keçirilməsi mümkün olub. Əks halda növbəti seçkilər gələn ilin fevral ayında keçirilməli idi.
Elgün Niftəli
AZƏRTAC-ın xüsusi müxbiri
Bratislava
Jozep Borrel: Rusiya Belarusda nüvə silahı yerləşdirərsə, Aİ yeni sanksiyalarla cavab verəcək
Türkmənistanda parlament seçkilərində səsvermə başa çatıb
Serbiya və Macarıstan Təhlükəsizlik Məsələləri üzrə Strateji Şura yaradacaq
Kiyev Belarusda taktiki nüvə silahlarının yerləşdirilməsinə görə BMT TŞ-nin çağırılmasını tələb edib
Putin Qərbin Kiyevi silahla təchiz etməklə tünd qırmızı xətti keçdiyini bildirib