BMT Ukraynadakı bütün tərəfləri atəşkəsi təşviq etməyə çağırıb
Bakı, 31 yanvar, AZƏRTAC
BMT bütün tərəflərin Ukraynada hərbi əməliyyatların dayandırılması üçün mümkün olan hər şeyi etməsini zəruri hesab edir.
AZƏRTAC xəbər verir ki, bunu brifinqdə təşkilatın Baş katibinin mətbuat katibinin müavini Fərhan Haq Qərb ölkələrindən Kiyevə döyüş təyyarələri və digər hərbi texnikanın tədarükü ilə bağlı sualı cavablandırarkən deyib.
"Bizim konkret texnologiyalarla bağlı mövqeyimiz yoxdur. Narahatlığımız ondan ibarətdir ki, qarşıdurma davam edir. Biz bunun dayandırılmasını arzulayırıq. İstəyirik ki, tərəflər hərbi əməliyyatları dayandırmaq üçün mümkün olan hər şeyi etsinlər", - deyə F.Haq bildirib.
Kiyev ərazisinə kamikadze dronlarla hücum olub, ölənlər və xəsarət alanlar var
“Hypersonix” ABŞ Müdafiə Nazirliyi üçün hipersəs PUA yaradacaq
Pakistan və Əfqanıstanda baş verən güclü zəlzələdə ölənlərin sayı artıb - YENİLƏNİB
“TikTok”: ABŞ-lı istifadəçilərin məlumatları Çin hökuməti ilə paylaşılmayıb