Fransada keçirilən etiraz aksiyasında ümumilikdə 2,8 milyon nəfər iştirak edib
Bakı, 31 yanvar, AZƏRTAC
Bu gün Parisdə pensiya islahatlarına qarşı keçirilən etiraz aksiyasında iştirak edənlərin sayı 87 min nəfər təşkil edib.
AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, aksiyalar Fransanın Lion, Renn, Ruen, Marsel, Nant və Monpelye kimi şəhərlərində də keçirilib. Etirazlarda ümumilikdə 2,8 milyon nəfər iştirak edib. Yanvarın 19-da isə bu rəqəm 2 milyon idi.
Hakimiyyət nümayişçilərin ümumi sayı barədə rəsmi rəqəmləri hələ ki, açıqlamayıb.
Son məlumatlara görə, Parisdə nümayiş başlamazdan əvvəl 30 nəfər saxlanılıb, lakin onların sayı arta bilər. Belə ki, yürüş iştirakçıları iki saatdan çox polislə toqquşub, hüquq-mühafizə orqanlarının əməkdaşlarına fişəng və butulkalar atıb, həmçinin zibil qutularını yandırıblar. Polis və jandarm etirazçıları dağıtmaq üçün gözyaşardıcı qazdan istifadə edib.
Kiyev ərazisinə kamikadze dronlarla hücum olub, ölənlər və xəsarət alanlar var
“Hypersonix” ABŞ Müdafiə Nazirliyi üçün hipersəs PUA yaradacaq
Pakistan və Əfqanıstanda baş verən güclü zəlzələdə ölənlərin sayı artıb - YENİLƏNİB
“TikTok”: ABŞ-lı istifadəçilərin məlumatları Çin hökuməti ilə paylaşılmayıb