“Səbail” klubu “Kəpəz”i minimal hesabla məğlub edib
Bakı, 31 yanvar, AZƏRTAC
“Səbail” klubu Azərbaycan Premyer Liqasının XX turunda qələbə qazanıb.
AZƏRTAC xəbər verir ki, Bakı təmsilçisi “ASCO Arena”da Gəncənin “Kəpəz” klubunu qəbul edib.
“Səbail”in minimal hesablı qələbə qazandığı matçda yeganə qolu Franko Mazurek vurub – 1:0.
Bu qalibiyyətdən sonra xallarının sayını 13-ə çatdıran “Səbail” klubu turnir cədvəlində doqquzuncu yerə yüksəlib. Əvəzində eyni xala malik Gəncə təmsilçisi sonuncu – onuncu yerə geriləyib.
Qeyd edək ki, turun əvvəlki oyunlarında "Sumqayıt" evdə "Turan Tovuz"a 2:1, "Qarabağ" isə "Şamaxı"ya 3:1 hesabı ilə qalib gəlib. Tura fevralın 1-də keçiriləcək Qəbələ" - "Sabah" və "Neftçi" - "Zirə" görüşləri ilə yekun vurulacaq.
“Qalatasaray”ın baş məşqçisi: “Qarabağ”ın oyununu bəyəndim
Okan Buruk: Bakıda möhtəşəm şəkildə qarşılandıq
"Qalatasaray" klubu Bakıda xeyriyyə oyununda qələbə qazanıb
Futbol üzrə U-21 komandamız Sloveniyaya qalib gəlib
“Qarabağ” – “Qalatasaray” xeyriyyə oyununun birinci hissəsi başa çatıb