Azərbaycan Yüksək Liqasında “Xarıbülbül” komandası “Neftçi”yə qalib gəlib
Bakı, 31 yanvar, AZƏRTAC
Yanvarın 31-də kişi voleybolçular arasında Azərbaycan Yüksək Liqasında ikinci turdan təxirə salınan “Neftçi” - “Xarıbülbül” oyunu keçirilib.
AZƏRTAC xəbər verir ki, Azərbaycan Voleybol Mərkəzində təşkil olunan qarşılaşma “Xarıbülbül” komandasının üstünlüyü ilə başlayıb. İlk hissədə 25:21 hesabı ilə qalib gələn Şuşa klubu sonrakı setləri də aktivinə yazıb - 25:23, 25:20.
Turun və birinci dövrənin son matçından sonra “Murov” doqquz xalla turnir cədvəlinə liderlik edir. Bu gün qalib gələn “Xarıbülbül” 6 xalla ikinci, hesabında üç xalı olan “Neftçi” 3-cü, xalı olmayan MOİK isə sonuncu pilləni tutur.
Azərbaycan Kubokunda 1/8 finalın növbəti iştirakçısı müəyyənləşib
Futbol üzrə U-17 dünya çempionatında finalçılar bəlli olub
Fudokançılar Azərbaycan çempionatında güclərini sınayacaqlar
AFFA rəsmiləri danışılmış oyunlarla mübarizəyə həsr olunan beynəlxalq tədbirdə iştirak edirlər
Azərbaycan Kuboku: “Səbail” darmadağınla 1/8 finala yüksəlib