Papa Fransisk Afrika ölkələrində apostol səfərindədir VİDEO
Vatikan, 31 yanvar, AZƏRTAC
Roma Katolik Kilsəsinin rəhbəri Papa Fransisk Afrika ölkələrinə apostol səfərinə gedib.
AZƏRTAC xəbər verir ki, Papa Fransisk fevralın 5-dək davam edəcək səfər çərçivəsində Konqo Demokratik Respublikası və Cənubi Sudanda müxtəlif görüşlər keçirəcək, dini tədbirlərdə iştirak edəcək. Roma Papası təyyarə ilə Böyük səhradan (Sahara) keçərkən burada həyatını itirənlər üçün dua edib.
Papa Fransisk zorakılıq və yoxsulluqla mübarizə aparan bu ölkələrə səfəri zamanı sabitlik, qarşılıqlı hörmət və dinc birgəyaşayış dəyərlərini təşviq edəcək.
Bu, Roma Papasının sayca 40-cı apostol səfəridir.
Nihad Budaqov
AZƏRTAC-ın xüsusi müxbiri
Vatikan
Zelenski Baxmutda ukraynalı hərbçilərlə görüşüb
Kiyev ərazisinə kamikadze dronlarla hücum olub, ölənlər və xəsarət alanlar var
“Hypersonix” ABŞ Müdafiə Nazirliyi üçün hipersəs PUA yaradacaq
Pakistan və Əfqanıstanda baş verən güclü zəlzələdə ölənlərin sayı artıb - YENİLƏNİB
“TikTok”: ABŞ-lı istifadəçilərin məlumatları Çin hökuməti ilə paylaşılmayıb