×
A
A
A
Sazlamalar

ABŞ İrana qarşı yeni sanksiyalar tətbiq edib

Bakı, 31 yanvar, AZƏRTAC
ABŞ İrana qarşı yeni sanksiyalar tətbiq edib. Sanksiyalar siyahısına İranın hərbi sənaye kompleksinə daxil olan 7 qurumun adı əlavə edilib.
AZƏRTAC ABŞ Maliyyə Nazirliyinin məlumatına istinadla xəbər verir ki, bu qurumlar və onların rəhbərləri terrorçuluğa verdikləri dəstəyə görə sanksiyalara məruz qalıblar. Bu qurumların ABŞ ərazisindəki bank hesabları dondurulacaq və rəhbərlərinin ABŞ-a daxil olmaları qadağan ediləcək.
Bundan başqa, həmin qurumlarla əməkdaşlıq edən şirkətlərə də sanksiyalar tətbiq olunacaq.

Dünya 2023-01-31 18:37:00