×
A
A
A
Sazlamalar

Numan Kurtulmuş: AK Parti ilə YAP arasında əlaqələr gündən-günə inkişaf edir

Bakı, 31 yanvar, AZƏRTAC

Türkiyənin hakim Ədalət və İnkişaf Partiyası (AK Parti) Sədrinin birinci müavini, deputat Numan Kurtulmuş qardaş ölkədə səfərdə olan Yeni Azərbaycan Partiyası (YAP) Gənclər Birliyinin nümayəndə heyətini qəbul edib.
AZƏRTAC xəbər verir ki, görüşdə Numan Kurtulmuş Ədalət və İnkişaf Partiyası ilə Yeni Azərbaycan Partiyası arasında əlaqələrin gündən-günə inkişaf etdiyini, qarşılıqlı səfərlərin partiyalar arasında çoxşaxəli münasibətlərin inkişafına mühüm töhfə olduğunu söyləyib. Hər iki partiyanın gəncləri arasında əlaqələrin dinamik xarakter daşıdığını diqqətə çatdıran Numan Kurtulmuş əməkdaşlığın daha da genişləndirilməsinin vacibliyini vurğulayıb.
YAP Gənclər Birliyinin sədri Bəxtiyar İslamov səfərin hər iki ölkənin hakim partiyalarının gəncləri arasında uğurlu əməkdaşlığın perspektivlərinin müzakirəsi baxımından xüsusi əhəmiyyət kəsb etdiyini qeyd edib.
Görüşdə qarşılıqlı maraq doğuran məsələlər müzakirə olunub.

Cəmiyyət 2023-01-31 17:50:00