×
A
A
A
Sazlamalar

Şamil Ayrım: Azərbaycanın İrandakı səfirliyindəki hadisə təhlükəsizliyin təmin edilmədiyini göstərir

Bakı, 31 yanvar, AZƏRTAC

Azərbaycanın İrandakı səfirliyindəki hadisə Vyana Konvensiyasının yerinə yetirilmədiyini, təhlükəsizliyin təmin edilmədiyini göstərir.
AZƏRTAC xəbər verir ki, bu sözləri ölkəmizdə səfərdə olan Türkiyə Böyük Millət Məclisinin Azərbaycanla dostluq qrupunun rəhbəri Şamil Ayrım yanvarın 31-də Milli Məclisin Aqrar siyasət komitəsinin üzvləri ilə görüş zamanı deyib.
Terrorun dininin, imanının olmadığını söyləyən Şamil Ayrım bildirib ki, Azərbaycanın İrandakı səfirliyinə olan hücum çox kədərli bir hadisədir.

Siyasət 2023-01-31 16:44:00