×
A
A
A
Sazlamalar

Azərbaycan və Ukrayna iş adamları arasında əməkdaşlıq müzakirə olunub

Bakı, 31 yanvar, AZƏRTAC

Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov "Terezi" Ukrayna-Azərbaycan Biznes Assosiasiyasının rəhbəri Cəlal Hüseynov ilə görüşüb.
KOBİA-dan AZƏRTAC-a bildirilib ki, görüşdə Azərbaycan və Ukrayna iş adamları arasında əməkdaşlığa və bu sahədə təşəbbüslərin reallaşdırılmasına birgə dəstəyə dair fikir mübadiləsi aparılıb.

İqtisadiyyat 2023-01-31 16:37:00