48 dərman vasitəsinin qiyməti təsdiq olunub, 31-nin qiyməti dəyişib
Bakı, 31 yanvar, AZƏRTAC
Yeni dövlət qeydiyyatına alınan 48 dərman vasitəsinin qiyməti təsdiqlənib, eyni zamanda, etibarlı təchizatın təmin olunması məqsədilə Səhiyyə Nazirliyindən müvafiq rəy alınmış 31 dərman vasitəsinin qiymətində dəyişikliklər edilib.
AZƏRTAC xəbər verir ki, yeni tariflər Tarif (qiymət) Şurasının yanvarın 31-də keçirilən növbəti iclasında təsdiq olunub.
Bununla da, ticarət adı, farmasevtik forması, təsiredici maddəsinin adı, dozası, ticarət qablaşdırması, miqdarı, istehsal ölkəsi nəzərə alınmaqla, qiyməti təsdiq edilmiş dərman vasitələrinin sayı 13 min 690-a çatıb və onların tam siyahısı Tarif (qiymət) Şurasının rəsmi internet saytının (www.tariff.gov.az) “Dərman vasitələri” bölməsində (http://tariff.gov.az/documents/DVA.pdf) yerləşdirilib.
Qərarlar 2023-cü il 3 fevral tarixindən qüvvəyə minir.
İki ayda 10 min ton şəkər tozu ixrac olunub
Pambıq lifi və ipliyinin ixracı azalıb
Bitki və heyvan mənşəli piylər və yağların idxalı azalıb
Qara metallar və onlardan hazırlanan məmulatların ixracı artıb