İctimai nəqliyyatda yeni tariflər müəyyənləşib
Bakı, 31 yanvar, AZƏRTAC
Metroda sərnişindaşıma tarifi 10 qəpik artırılmaqla 1 gediş üçün 40 qəpik, ölkə üzrə tarifin yuxarı həddi şəhərdaxili avtobus marşrutlarında 40 qəpik, şəhərətrafı və qəsəbələrarası avtobus marşrutları üzrə məsafədən asılı olaraq 0,40-1,00 manat təsdiq edilib. Şəhərlərarası avtobus marşrutlarında isə tarifin yuxarı həddi 1 kilometr üçün 3 qəpik səviyyəsində müəyyən olunub (əvvəlki tarif 2,4 qəpik).
AZƏRTAC xəbər verir ki, yeni tariflər Tarif (qiymət) Şurasının yanvarın 31-də keçirilən növbəti iclasında təsdiq edilib.
Qərar 2023-cü il 3 fevral tarixindən qüvvəyə minir.
Azərbaycan ilə Belarus arasında ticarət dövriyyəsi 48 milyon dolları ötüb
Azərbaycanla Almaniya arasında iqtisadi əməkdaşlıq əlaqələri genişləndirilir
Ölkəmizə gələn vətəndaşlara bayram hədiyyələri təqdim edilib
Abşeron Milli Parkına müntəzəm avtobus marşrutu xətti açılır