×
A
A
A
Sazlamalar

Daxili işlər naziri Cəlilabadda vətəndaşlarla görüşəcək

Bakı, 31 yanvar, AZƏRTAC
Azərbaycan Respublikasının daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov fevralın 16-da Cəlilabad Rayon Polis Şöbəsinin inzibati binasında Neftçala, Biləsuvar, Cəbrayıl və Cəlilabad şəhər və rayonlarının sakinləri ilə görüşəcək.
Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, qəbula yazılmaq istəyən vətəndaşlar nazirliyin səlahiyyətlərinə aid məsələlərlə bağlı fevralın 15-dək yaşadıqları ərazinin polis orqanına, habelə DİN-in mia.gov.az internet saytı vasitəsilə və sosial şəbəkələrdəki səhifələrinə müraciət edə bilərlər.
Qəbula gələnlərdən şəxsiyyət vəsiqəsi tələb olunur.

Cəmiyyət 2023-01-31 16:12:00