Kənd təsərrüfatı və sənaye sahəsində fəaliyyət göstərən sahibkarlarla müzakirələr aparılıb
Bakı, 31 yanvar, AZƏRTAC
Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) dəstəyi ilə dövlət-sahibkar əməkdaşlığı platforması çərçivəsində növbəti görüş Bərdədə keçirilib.
KOBİA-dan AZƏRTAC-a bildirilib ki, əkinçilik və heyvandarlıqla məşğul olan sahibkarların və müvafiq dövlət qurumlarının nümayəndələrinin iştirakı ilə keçirilmiş görüşdə müzakirələr aparılıb, biznes subyektlərinin sualları cavablandırılıb. Belə ki, görüşdə aidiyyəti dövlət qurumlarının nümayəndələri sahibkarları kənd təsərrüfatı sahəsində həyata keçirilən layihələr, dövlət dəstəyi tədbirləri, o cümlədən dövlətin güzəştli kreditləri, sığorta və subsidiyalar barədə məlumatlandırıblar.
Sumqayıt şəhərində sənaye sahəsində fəaliyyət göstərən sahibkarlarla keçirilmiş görüşdə isə müvafiq dövlət qurumları ilə gömrük rüsumları, beynəlxalq yükdaşımalar, vergi qanunvericiliyi və digər məsələlərə dair fikir mübadiləsi aparılıb.
Qubada əməliyyatlar zamanı 2 nəfər saxlanılıb
Ağdam rayonunun Qiyaslı kəndi FOTO
Qazan xanın yurd saldığı “Qazan köşkü” VİDEO
Göyçəli Razim əmi: Ümid edirik ki, “Dəmir yumruq” Göyçəyə də enəcək
Zaqatalada qaydaları pozan sürücülər inzibati məsuliyyətə cəlb olunublar