Çexiyanın avtomobil və qida müəssisələri Azərbaycanla əməkdaşlığın genişləndirilməsində maraqlıdır
Bakı, 31 yanvar, AZƏRTAC
İqtisadiyyat nazirinin müavini Sahib Məmmədov “CzechTrade”in Bakı ofisinin rəhbəri Antonin Marciki ilə görüşüb.
Nazirlikdən AZƏRTAC-a bildirilib ki, Çexiyanın Azərbaycandakı səfiri Milan Sedlaçekinin iştirakı ilə keçirilən görüşdə nazir müavini ölkələrimiz arasında iqtisadi əlaqələrin genişləndirilməsi üçün imkanları və bu sahədə özəl sektorun rolunu artırmağın əhəmiyyətini vurğulayıb, biznes dairələri arasında əməkdaşlığın inkişafı baxımından “CzechTrade”in Bakı ofisinin əlverişli platforma olduğunu qeyd edib.
“CzechTrade”in Bakı ofisinin rəhbəri Antonin Marcik diqqətə çatdırıb ki, bir sıra sahələrdə, o cümlədən avtomobil və qida sənayesi sferasında fəaliyyət göstərən Çexiya müəssisələri Azərbaycanla əməkdaşlığın genişləndirilməsində maraqlıdır və bu istiqamətdə “CzechTrade” səylərini daha da artıracaq.
Görüşdə iqtisadi əlaqələrin genişləndirilməsi, yeni əməkdaşlıq istiqamətləri barədə fikir mübadiləsi aparılıb.
İki ayda 10 min ton şəkər tozu ixrac olunub
Pambıq lifi və ipliyinin ixracı azalıb
Bitki və heyvan mənşəli piylər və yağların idxalı azalıb
Qara metallar və onlardan hazırlanan məmulatların ixracı artıb