×
A
A
A
Sazlamalar

“İon Tikinti” MMC-yə verilmiş “xüsusi icazə” ləğv olunub

Bakı, 31 yanvar, AZƏRTAC

Fövqəladə Hallar Nazirliyi (FHN) tərəfindən “İon Tikinti” MMC-yə verilmiş “xüsusi icazə” həmin MMC-nin rəsmi müraciəti nəzərə alınaraq nazirliyin 16 yanvar tarixli əmri ilə ləğv edilib.
AZƏRTAC nazirliyin saytına istinadla xəbər verir ki, bu barədə FHN tərəfindən aidiyyəti qurumlara məlumat verilib.
Qeyd edək ki, həmin “xüsusi icazə” “İon Tikinti”yə ionlaşdırıcı şüa mənbəyi hesab edilən qurğular, radioaktiv maddələrin saxlanma məntəqələri və radioaktiv tullantı anbarları üçün texnoloji avadanlığın, radiasiya təhlükəsizliyi vasitələrinin layihələşdirilməsi və hazırlanmasını həyata keçirmək üçün verilmişdi.
Bunları nəzərə alaraq, FHN radioloji fəaliyyətlə məşğul olan fiziki və hüquqi şəxslərə müraciət edərək müvafiq qurğu, məntəqə, avadanlıq və vasitələrin layihələşdirilməsi və hazırlanması zamanı qeyd olunan MMC-yə verilmiş “xüsusi icazə”nin ləğv olunduğunun nəzərə alınmasını tövsiyə edir.

Cəmiyyət 2023-01-31 15:36:00