×
A
A
A
Sazlamalar

Səhər saatlarında Laçın istiqamətinə gedən BQXK-nın avtomobilləri geri dönüb

Şuşa, 31 yanvar, Elmir Səftərov, AZƏRTAC

Ekoaksiyanın iştirakçıları yanvarın 31-də Beynəlxalq Qırmızı Xaç Komitəsinə (BQXK) məxsus avtomobillərin Laçından Xankəndi istiqamətinə maneəsiz keçidinə şərait yaradıblar.
AZƏRTAC xəbər verir ki, bu dəqiqələrdə Laçından Xankəndi istiqamətinə doğru hərəkət edən BQXK-ya məxsus üç minik və bir yük avtomobilinin aksiya keçirilən ərazidən sərbəst hərəkəti təmin olunub.
Qeyd edək ki, həmin avtomobillər səhər saatlarında Xankəndidən Laçına getmişdi.
Bu, bir daha onu göstərir ki, aksiya iştirakçıları humanitar məqsədlərlə istifadə olunan avtomobillərin hərəkətinə heç bir maneə törətmirlər. Ermənistan mətbuatında yayılan və etirazçıların guya Xankəndi-Laçın yolunu bağladıqları və təminat avtomobillərini buraxmadıqları ilə bağlı xəbərlər qarşı tərəfin növbəti dezinformasiyasıdır.

Siyasət 2023-01-31 15:23:00