×
A
A
A
Sazlamalar

Anar Əzimov: Gələcəkdə fermerlərimizə daha təkmil və əlçatan xidmətlər göstəriləcək

Bakı, 31 yanvar, AZƏRTAC

Avropa İttifaqının maliyyə dəstəyi ilə həyata keçirilmiş və Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin strukturuna daxil olan Aqrar Təlim Mərkəzi tərəfindən birgə icra edilən “Aqrar Məsləhətlər Xidmətlərinin gücləndirilməsi” layihəsinin əsas məqsədi aqrar informasiya məsləhət xidmətləri üzrə ölkədə sistemin formalaşdırılmasından, bu sistem vasitəsilə kənd yerlərində müxtəlif informasiyaların, kənd təsərrüfatının inkişafı və kənd təsərrüfatı sahəsində mövcud problemlərin həllinə yönəlmiş yanaşma və təcrübələrin fermerlərə çatdırılmasından ibarətdir.
AZƏRTAC xəbər verir ki, bunu yanvarın 31-də keçirilən Aqrar məsləhət xidmətləri üzrə milli forumda KİV-lərə müsahibəsində BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) Azərbaycan üzrə rəhbərinin müavini Anar Əzimov deyib.
A.Əzimov bildirib ki, bu istiqamətdə beynəlxalq təcrübələrə əsaslanaraq müxtəlif tədqiqatlar, sorğular aparılıb, eyni zamanda, müxtəlif elmi-tədqiqat institutları ilə beynəlxalq təşkilatlarla, özəl sektorla birgə fəaliyyət göstərilib: “Ümumilikdə, qarşıya qoyulmuş nəticəyə nail olunub, 2021-ci ildə yaradılmış Aqrar Təlim Mərkəzinin formalaşmasında istiqamətlərin tam yerli şəraitə və beynəlxalq təcrübəyə uyğunlaşdırılmasına dəstək göstərilib. Ümid edirik ki, Avropa İttifaqı və BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı ilə birgə aparılacaq bu cür layihələr davamlı olacaq. Gələcəkdə kənd təsərrüfatında fəaliyyət göstərən fermerlərimizə daha təkmil və əlçatan şəkildə xidmətlər göstəriləcək, məsləhətlər veriləcək”, - deyə A.Əzimov vurğulayıb.

İqtisadiyyat 2023-01-31 15:21:00