Fərqli görünmək üçün kosmetik kontakt linzalardan istifadə məsləhət görülmür
Bakı, 31 yanvar, AZƏRTAC
Kosmetik kontakt linzaların istifadə olunması ilə əlaqədar müxtəlif fikirlər var, hətta bəzi xanımlar ondan gözəl görünmək üçün də istifadə edirlər.
AZƏRTAC xəbər verir ki, həkim-oftalmoloq, tibb üzrə fəlsəfə doktoru Aynurə Əliyeva bununla əlaqədar deyib: “Kosmetik kontakt linzalardan patologiyalarda məqsədli şəkildə istifadə edilməsi təhlükəsizdir, çünki həkimlər onu zərurətdən təyin edirlər. Həmin linzalar qüzehli qişanın, yəni bəbəyin, müxtəlif deformasiyaları zamanı, yaxud buynuz qişanın bulanması ilə nəticələnən müxtəlif patologiyaları zamanı təyin olunur. Onun təyin olunması bəbəyin digər gözün rəngi ilə eyni görünməsinə xidmət edir. Gigiyena qaydalarına riayət olunanda onun istifadəsi təhlükəsizdir. Lakin adi günlərdə fərqli görünmək üçün kosmetik kontakt linzalardan istifadə olunması məsləhət görülmür”.
Ürək sağlamlığının qızıl qaydası - zərərli vərdişlərdən uzaq olmaq, düzgün qidalanma, fiziki fəallıq
Havanın çirklənməsi xroniki öskürək yarada bilər
Bu gün Azərbaycanda COVID-19 əleyhinə vaksin vurulmayıb
Son sutkada COVID-19 infeksiyasına 25 yoluxma qeydə alınıb
ÜST vərəm xəstəliyi ilə mübarizədə qabaqcıl təşəbbüsünü genişləndirir