×
A
A
A
Sazlamalar

Vergi orqanları 44,3 milyon manat məbləğində ziyanın ödətdirilməsini təmin edib

Bakı, 31 yanvar, AZƏRTAC

2022-ci il ərzində vergi ödəməkdən yayınma, xüsusi razılıq (lisenziya) almadan qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olmaqla gəlir əldə edilməsi, əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işçilərin işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb olunması və digər faktlar üzrə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən Cinayət Məcəlləsinin müvafiq maddələri ilə 527 cinayət işi başlanılıb.
Dövlət Vergi Xidmətindən AZƏRTAC-a bildirilib ki, istintaqı tamamlanmış 162 cinayət işindən 81 iş üzrə vergiödəyiciləri tərəfindən yayındırılmış vergilər ibtidai istintaq zamanı tamamilə ödənildiyindən, onlar barəsində müvafiq qərarlar qəbul edilib. Həmin cinayət işləri üzrə ötən illərin ödəmələri də nəzərə alınmaqla dövlət büdcəsinə ümumilikdə 17,1 milyon manat ödənilib. Ötən il ərzində ümumilikdə 44,3 milyon manat məbləğində ziyanın ödətdirilməsi təmin edilib.

Maliyyə 2023-01-31 15:13:00