® Yaponiyanın Azərbaycandakı səfiri “Holcim Azərbaycan”da şirkət rəhbərliyi ilə görüşüb
Yaponiyanın Azərbaycandakı səfiri Cuniçi Vada sement məhsulları və dayanıqlı inkişaf təşəbbüsləri ilə tanış olmaq üçün “Holcim Azərbaycan”ın Qaradağ Sement Zavoduna səfər edib.
Görüş zamanı səfir şirkət rəhbərliyi ilə alternativ yanacağın istifadəsi, tullantıların idarə olunması və tikinti tullantılarının təkrar emalı üzrə layihələri müzakirə edib.
Şirkətin əsas fəaliyyəti ilə yanaşı, səfir “Holcim”in qadınların səlahiyyətlərinin artırılması təşəbbüsləri ilə bağlı korporativ sosial məsuliyyət fəaliyyətləri ilə maraqlanıb.
O, “Ümid” qəsəbəsində yerləşən Qadın Mərkəzinə baş çəkib, yerli qadınlarla onların fəaliyyətləri barədə söhbət edib.
Səfərin sonunda səfir zavodun ərazisində ağacəkmə kampaniyasında iştirak edib. Bu, yaşıllaşdırma təşəbbüsü çərçivəsində ənənəvi tədbirdir.
Görüşdən sonra səfir Azərbaycan cəmiyyətində dayanıqlı inkişaf təşəbbüslərini təşviq etmək üçün “Holcim” ilə tərəfdaşlıq etməyə hazır olduğunu bildirib.
İki ayda 10 min ton şəkər tozu ixrac olunub
Pambıq lifi və ipliyinin ixracı azalıb
Bitki və heyvan mənşəli piylər və yağların idxalı azalıb
Qara metallar və onlardan hazırlanan məmulatların ixracı artıb