Dövlət Xidməti: Təsərrüfat subyektləri istehlakçılara 318 min manat vəsait geri qaytarıb
Bakı, 31 yanvar, AZƏRTAC
İstehlakçı hüquqlarının müdafiəsi və istehlak bazarına nəzarət sahəsində 2022-ci il ərzində Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə daxil olan 5570 müraciətə baxılıb və bunlardan 2260 müraciət təmin olunub.
AZƏRTAC xəbər verir ki, bu barədə Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin rəisi Məmməd Abbasbəyli ötən ilin yekunları və qarşıda duran vəzifələrə dair keçirdiyi mətbuat konfransında deyib.
Dövlət Xidmətinin rəisi bildirib ki, nəticədə qanun pozuntusuna yol vermiş təsərrüfat subyektləri tərəfindən istehlakçılara 318 min manat vəsait geri qaytarılıb, 20 min manatadək dəymiş zərər ödənilib. Daxil olmuş vətəndaş müraciətinin araşdırılması zamanı təqdim olunmuş sübutlara əsasən 12 hüquqi, 3 fiziki şəxs barəsində inzibati xəta haqqında protokol tərtib edilib.
İki ayda 10 min ton şəkər tozu ixrac olunub
Pambıq lifi və ipliyinin ixracı azalıb
Bitki və heyvan mənşəli piylər və yağların idxalı azalıb
Qara metallar və onlardan hazırlanan məmulatların ixracı artıb