Dövlət Xidməti: Ötən il 68 yeni dövlət standartı qəbul edilib
Bakı, 31 yanvar, AZƏRTAC
2022-ci ildə Azərbaycan Standartlaşdırma İnstitutu (AZSTAND) tərəfindən 68 yeni dövlət standartı qəbul edilib.
AZƏRTAC xəbər verir ki, bu barədə Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin rəisi Məmməd Abbasbəyli ötən ilin yekunları və qarşıda duran vəzifələrə dair keçirdiyi mətbuat konfransında deyib.
"Türk Standartları İnstitutu (TSE) ilə əməkdaşlıq çərçivəsində AZSTAND ölkə ərazisində Türkiyənin 9 mindən çox milli standartının rəsmi nəşrlərini yaymaq hüququ əldə edib. AZSTAND-ın nəzdində fəaliyyət göstərən laboratoriyalarda 2700-dən artıq məhsul üzrə 12 mindən çox sınaq aparılıb", - deyə M.Abbasbəyli bildirib.
İki ayda 10 min ton şəkər tozu ixrac olunub
Pambıq lifi və ipliyinin ixracı azalıb
Bitki və heyvan mənşəli piylər və yağların idxalı azalıb
Qara metallar və onlardan hazırlanan məmulatların ixracı artıb