Rusiyalı qapıçı Andrey Lunyovun “Qarabağ”a keçidi baş tutmayıb
Bakı, 31 yanvar, AZƏRTAC
Almaniyanın “Bayer” klubunda çıxış edən rusiyalı qapıçı Andrey Lunyovun Ağdamın “Qarabağ” komandasına keçidi baş tutmayıb.
AZƏRTAC xəbər verir ki, bu barədə Ağdam klubunun direktoru Emrah Çelikel Rusiyanın “Championat” nəşrinə açıqlamasında bildirib.
O, Leverkuzen təmsilçisi ilə razılığa gələ bilmədiklərini və danışıqların başa çatdığını bildirib.
Xatırladaq ki, “Qarabağ" əsas qapıçısı Şahruddin Məhəmmədəliyevin ağır zədə almasından sonra yeni qolkiper axtarışındadır.
Azərbaycan Milli Paralimpiya Komitəsi ilə “Paris-2024” Təşkilat Komitəsi arasında görüş keçirilib
Basketbol üzrə Azərbaycan kuboku yarışlarının qrup oyunlarına start verilib
Bakıda keçiriləcək dünya kuboku yarışlarında 46 ölkədən bədii gimnastlar iştirak edəcəklər
“Qəbələ”nin futbolçusu Ruan Renato Premyer Liqada yubiley oyununu keçirib