ABŞ şirkətlərinə “Huawei”yə avadanlıq ixracı üçün lisenziya vermək dayandırılıb
Bakı, 31 yanvar, AZƏRTAC
ABŞ prezident administrasiyası ölkədə Çinin məşhur “Huawei” şirkətinə texniki avadanlıq ixrac etmək üçün lisenziya verməyi dayandırıb.
AZƏRTAC “Financial Times”ə istinadla xəbər verir ki, ABŞ Ticarət Departamenti ABŞ texnologiyalarını “Huawei”yə ixrac etmək üçün bəzi şirkətlərə lisenziya verilməyəcəyi barədə xəbərdarlıq edib.
Bu arada Bloomberg mənbələri Co Bayden administrasiyasının Çin telekommunikasiya nəhənginə ABŞ texnologiyalarının satışına tam qadağa qoymağı düşündüyünü bildirib. Agentlik qeyd edir ki, Bayden administrasiyasındakı bəzi məmurlar “Huawei”nin bütün satışlarına qadağa qoyulmasını müdafiə edir, lakin yekun qərar hələ qəbul edilməyib. Onlardan bəzilərinin fikrincə, qərarın verilmə vaxtı “Huawei”nin qara siyahıya düşməsinin dördüncü ilinə təsadüf edə bilər.
Xatırladaq ki, 2019-cu ilin mayında ABŞ-ın keçmiş prezidenti Donald Trampın dövründə ABŞ Ticarət Departamenti bu şirkəti milli təhlükəsizliyi təhdid edən şirkətlərdən hesab edərək “qara siyahısı”na daxil edib.
Gürcüstan daha bir müharibəyə tab gətirə bilməz - Baş nazir
Baş nazir: Bu gün Gürcüstan çox mühüm çağırışlarla üz-üzədir
Gürcüstan parlamenti 5 deputatın mandatını ləğv edib
Cənubi Koreya KXDR-dən 80 milyon dollar borcun qaytarılmasını tələb edir
Şimali Koreya nüvə başlığı daşıya bilən “Hvasal-1” və “Hvasal-2” raketləri buraxıb