Donald Tramp 2024-cü il seçkiləri üçün kampaniyaya başlayır
Bakı, 31 yanvar, AZƏRTAC
ABŞ-ın keçmiş prezidenti Donald Tramp 2024-cü ildə ölkədə keçiriləcək prezident seçkilərinə qatılmaq niyyətindədir.
AZƏRTAC Anadolu agentliyinə istinadla xəbər verir ki, o, bu barədə özü bildirib. Növbəti seçkilərə qatılmaq üçün daha qərarlı olduğunu deyən Tramp hazırkı prezident Co Baydenin siyasətini tənqid edib. Onun sərhəd məsələləri, iqtisadi və sosial siyasətlə bağlı gördüyü işləri bəyənmədiyini söyləyən ABŞ-ın sabiq dövlət başçısı, özünün prezidentlik dövründə ölkədə həyata keçirilən layihələrdən misallar çəkib.
2024-cü il seçkilərinin ABŞ-ın xilas etmək üçün yeganə şans olduğunu vurğulayan Tramp, ölkəsində Çinə müqavimət göstərə biləcək liderə ehtiyac olduğu fikri müdafiə edib.
Təbliğat kampaniyasına başlayacağını deyən Donald Trampın Respublikaçılar arasında rəqibi olacaq keçmiş vitse-prezident Mayk Pens, Florida qubernatoru Ron De Santis və Cənubi Karolina ştatının keçmiş qubernatoru Nikki Heylinin tezliklə namizədliklərini açıqlayacaqları gözlənilir.
Gürcüstan daha bir müharibəyə tab gətirə bilməz - Baş nazir
Baş nazir: Bu gün Gürcüstan çox mühüm çağırışlarla üz-üzədir
Gürcüstan parlamenti 5 deputatın mandatını ləğv edib
Cənubi Koreya KXDR-dən 80 milyon dollar borcun qaytarılmasını tələb edir
Şimali Koreya nüvə başlığı daşıya bilən “Hvasal-1” və “Hvasal-2” raketləri buraxıb