“Qarabağ”ın hücumçusu Macarıstan klubuna transfer olub
Bakı, 31 yanvar, AZƏRTAC
Ağdamın “Qarabağ” klubunun hücumçusu Kvabena Ovusu Macarıstanın “Ferensvaroş” komandasına transfer olub.
AZƏRTAC Ağdam təmsilçisinə istinadən xəbər verir ki, bununla bağlı klublar arasında razılıq əldə edilib.
“Ferensvaroş” da açıqlama yayaraq, Ovusunun transferini rəsmən elan edib. İlkin məlumatda transferin müddəti barədə xəbər verilməyib.
Qeyd edək ki, Ovusu 2020-ci ildən "Qarabağ"da çıxış edirdi. Ağdam klubu bu mövsüm Çempionlar Liqasının üçüncü təsnifat mərhələsində "Ferensvaroş"la qarşılaşıb (1:1, 1:3). Ovusu Bakıda heç-heçə bitən görüşdə "Qarabağ"ın yeganə qolunun müəllifi olub.
Bu gün Azərbaycan millisi “Avro-2024”ün seçmə mərhələsində ilk görüşünə çıxacaq
Yeddi cüdoçumuz Tbilisidə “Böyük dəbilqə” turnirində mübarizəyə başlayır
Azərbaycan boksçusu dünya çempionatını bürünc medalla başa vurub
Yığmamızın voleybolçusu Çağırış kuboku yarışlarında gümüş medal qazanıb