Fərid Qayıbov çempion idmançı ilə görüşüb
Bakı, 31 yanvar, AZƏRTAC
Gənclər və idman naziri Fərid Qayıbov dünyanın tanınmış kikboksçularından biri, ONE FC çempionu Çingiz Allazovla görüşüb.
Nazirlikdən AZƏRTAC-a bildirilib ki, idmançını salamlayan F.Qayıbov ona uğurlu çıxışı münasibətilə təbrikini çatdırıb.
Bakıya səfəri barədə məlumat verən idmançı səmimi qəbula görə təşəkkürünü bildirib.
Qeyd edək ki, hazırda ONE FC reytinqində birinci olan Çingiz Allazov müxtəlif illərdə dəfələrlə K-1, NDC və A-1 üzrə dünya çempionu titullarını qazanıb.
Bədii gimnastika üzrə 28-ci Azərbaycan çempionatına start verilib
Bu gün Azərbaycan millisi “Avro-2024”ün seçmə mərhələsində ilk görüşünə çıxacaq
Yeddi cüdoçumuz Tbilisidə “Böyük dəbilqə” turnirində mübarizəyə başlayır
Azərbaycan boksçusu dünya çempionatını bürünc medalla başa vurub
Yığmamızın voleybolçusu Çağırış kuboku yarışlarında gümüş medal qazanıb