Futbolçumuz Elgün Nəbiyev Polşa klubundan ayrılıb
Bakı, 31 yanvar, AZƏRTAC
Azərbaycan futbolçusu Elgün Nəbiyev Polşanın “Limanoviya” klubundan ayrılıb.
AZƏRTAC xəbər verir ki, 27 yaşlı hücumameyilli yarımmüdafiəçi ilə müqavilə qarşılıqlı razılıq əsasında pozulub.
Polşanın IV liqasında çıxış edən klub təcrübəli vingerin çıxışından razı olsa da, maliyyə problemlərinə görə bu addımı atıb.
Ötən mövsümün əvvəlindən "Limanoviya"da çıxış edən E.Nəbiyev “Zirə”, “Səbail” və “Sabah” klublarının da şərəfini qoruyub.
Bədii gimnastika üzrə 28-ci Azərbaycan çempionatına start verilib
Bu gün Azərbaycan millisi “Avro-2024”ün seçmə mərhələsində ilk görüşünə çıxacaq
Yeddi cüdoçumuz Tbilisidə “Böyük dəbilqə” turnirində mübarizəyə başlayır
Azərbaycan boksçusu dünya çempionatını bürünc medalla başa vurub
Yığmamızın voleybolçusu Çağırış kuboku yarışlarında gümüş medal qazanıb